UEFA Superkuboku uğrunda görüş keçirilib.
Qarşılaşma Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil olunub. Ötən mövsüm Çempionlar Liqasının qalibi “Çelsi” ilə Avropa Liqasının ən güclüsü “Vilayrreal” üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Matçın ilk hissıəsində hesab açılıb. 27-ci dəqiqədə Hakim Zieş fərqlənib. “Zadəganlar” fasiləyədək üstünlüklərini qoruyublar. İspaniya təmsilçisi ikinci yarıda hücumlarını daha da gücləndirib. “Vilyarreal” futbolçuları istəklərinə 73-cü dəqiqədə çatıblar. Jerar Moreno tarazlığı bərpa edib. Əsas vatx 1:1 hesabı ilə yekunlaşıb. Əlavıə hissələrdə zərbələrdə dəqiqlik çatmayıb. Buna görə də, qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Çelsi” futbolçuları qələbə qazanıblar. Bununla da, İngiltərə təmsilçisi tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb.